Muəllif: Redaksiya
ABŞ Yanukoviçi daha Ukrayna prezidenti hesab etmir
Ağ Ev Viktor Yanukoviçi artıq Ukrayna dövlətinin rəhbəri hesab etmir. “İnterfaks” bildirir ki, bu barədə mətbuat konfransında Ağ Evin nümayəndəsi Cey Karni deyib. “O, məsuliyyəti boynundan atıb, ölkəni isə idarə etmək lazımdır”, — deyə o, vurğulayıb. Karninin sözlərinə görə, Ağ Ev Ukrayna parlamentinin yeni hökumətin yaradılmasına dair qərarını alqışlayır.
O deyib ki, Vaşinqton Rusiyadakı hərbi təlimləri diqqətlə izləyir və Moskvanı Ukraynaya qarşı təxribat xarakterli addımlardan çəkinməyə çağırır.
Bölüm: Dünya
Oxunma sayı: 109