Muəllif:

AB Ukrayna ilə assosiasiya sazişini martın 21-də imzalaya bilər

Avropa Birliyinə üzv ölkələr martın 21-də sammitin keçirilməsinə və Ukrayna ilə assosiasiya sazişinin siyasi hissəsini imzalamağa hazırdır. Bu haqda Ukrayna baş naziri Arseni Yatsenyukun hökumətin internet portalında yerləşdirilən bəyanatında deyilir. Bildirilir ki, Yatsenyuk bununla bağlı AB Şurasının prezidenti Herman van Rompuyla danışıqlar aparıb. Sazişin iqtisadi hissəsi isə bir qədər sonra, əlavə məsləhətləşmələrin aparılmasından sonra imzalanacaq.

 Yatsenyuk bəyanatında qeyd edib ki, AB ölkələri Ukrayna istehsalçılarının məhsullarının öz bazarlarına çıxarılması barədə birtərəfli qərar qəbul etməyə razıdır: “Bu, Ukrayna iqtisadiyyatı və biznesi üçün əlavə 400 milyon dollar gətirəcək”.

Bəyanatda Yatsenyuk rusiyalı tərəfdaşlarına da müraciət edib, onları danışıqlara qayıtmağa çağırıb: “Biz bir daha Rusiyaya müraciət edirik. Bizə tərəfdaş əlaqələri lazımdır və biz Rusiyaya əl uzatdıq. Rusiya isə əvəzində bizə qarşı tanklar, artilleriya və silah yeridib. Ümid edirik ki, Rusiyanın təcavüzü nəticəsində yaranan bu qlobal böhran dayandırılacaq və biz danışıqlar masasına qayıdacağıq”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 105