Muəllif: Redaksiya
AB Krım parlamentinin referendumla bağlı qərarını qanunsuz saydı
Avropa Birliyi Krım Muxtar Respublikası parlamentinin referendumla bağlı qərarını qanunsuz hesab edir. Avropa Şurasının sədri Herman van Rompey bildirib: “Biz hesab edirik, Krım parlamentinin referendum keçirmək qərarı Ukrayna Konstitusiyasına ziddir, deməli, qanunsuzdur”.
Bundan əvvəl Krım parlamenti Muxtar Respublikanın Rusiyanın tərkibinə qatılmasına dair qərar verib və respublikanın hüquqlarının genişləndirilməsi ilə bağlı referendumun martın 16-na təyin edilib.
Bu arada Ukrayna Ali Radası Krım parlamentinin buraxılması təşəbbüsü ilə çıxış edəcək. Ukrayna prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən, Ali Radanın sədri Aleksandr Turçinov Krım Muxtar Respublikasında yaranmış vəziyyətlə bağlı Ukrayna xalqına müraciətində qeyd edib. “Biz ərazimizin toxunulmazlığını qoruyacağıq. Biz ölkəmizin suverenliyini qoruyacağıq”, deyə Turçinov bildirib.
Bölüm: Siyasət
Oxunma sayı: 106