Muəllif:

AB ilə viza rejimi bu yaya sadələşə bilər

“Ümid edirik ki, Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında sazişlər bu ilin yayında qüvvəyə minəcək”, — AB-nin Bakı nümayəndəliyinin rəhbəri Malena Mard bugünkü mətbuat konfransında bildirib.

Vizaya görə rüsumun dəyəri 60 avrodan 35-ə endiriləcək. Sadələşdirilmiş rejimdə vizaları müxtəlif kateqoriyaya aid insanlar ala biləcək: tələbələr, elmi mübadilə proqramlarının iştirakçıları, biznesmenlər, jurnalistlər, rəsmi nümayəndə heyətlərinin üzvləri və digərləri. Həmçinin viza almaq üçün sənədlərin sayı azaldılacaq.

Bundan əlavə, Avropa Komissiyası ümumilikdə Şengen vizalarının verilməsi qaydalarının sadələşdirilməsini təklif edir. “Dünən bu layihə Avropa Komissiyası tərəfindən təqdir edilib və baxılmaq üçün AB ölkələrinə təqdim olunub”, — o vurğulayıb.

Hazırda 90 günlüyə verilən vizaların sahibləri Şengen zonasında altı ay müddətində qala bilər. Yeniliklərə görə, həmin viza üzrə qalma müddəti 1 ilədək artırılacaq.

Biznes təmsilçiləri və bir sıra digər kateqoriyaya daxil olan şəxslər üçün çox istifadəli vizaların verilməsi qaydaları da sadələşdirilir. Əgər il ərzində şəxs iki qısamüddətli viza alıbsa və heç bir pozuntuya yol verməyibsə üç il və daha çox müddətə çox istifadəli viza ala bilər.

AB güman edir ki, yeni qaydalar Şengen zonasına ildə əlavə olaraq 7 mln. turist cəlb edəcək, həmin ölkələrin gəlirləri isə 130 mlrd. avroyadək artacaq, deyə Turanın xəbərində deyilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 123