Muəllif:

85 zəngin bərabərdir 3 milyard 500 milyon kasıba

Oxfam-ın araşdırmalarına görə, dünyanın 85 nəfər zəngin şəxsinin sərvəti  3.5 milyard nəfər ən yoxsul insanın varidatına bərabərdir.  Dünya əhalisinin sayının 7 milyard nəfər olması nəzərə alınsa bu 85 şəxsin varidatı dünya əhalisinin yarısının varidatına bərabərdir. Dünyadakı 1426 milyarderin üst-üstə varidatları 5.4 trilyon dollardır.

Hesabata görə, dünya əhalisinin ən zəngin olan 1%-nin əlində 110 trilyon dollar cəmləşir. Bu məbləğ dünyanın yarısını təşkil edən insanların əlindəki varidatın 65 qatı qədərdir. “İnsanlar irəliyə doğru birlikdə hərəkət etmək əvəzinə iqtisadi və siyasi güc baxımından get-gedə daha çox fəqrlənirlər. Bu xalq təbəqələri arasında gərginliyi artırmaqla yanaşı həm də çökmə riskini də yüksəldir”, — hesabatda qeyd olunur (Turan). 

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 93