Muəllif: Redaksiya
296 təqsirləndirilən şəxs barəsində axtarış elan edilib
Ermənilərin azərbaycanlılara qarşı törətdiyi terror və digər ağır cinayətlərlə bağlı axtarışda olanların sayı açıqlanıb. Hərbi prokuror ədliyyə general-leytenantı Xanlar Vəliyev bu gün keçirdiyi kollegiya iclasında bildirib ki, Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri CM-nin soyqırıma görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələri ilə istintaq olunan cinayət işi üzrə 296 təqsirləndirilən şəxs barəsində axtarış elan edilib.
Bölüm: Xəbərlər
Oxunma sayı: 127