Muəllif:

20 mart — Dünyamızın yeni günü, bəxtiyarlığın başlanğıc günü

Bütün Türk soyları və bizə qonşu xalqlar bu gün Novruzu bayram edirlər. 20 mart — eləcə də BMT-nin qərarı ilə Bəxtiyarlığl Xatırlama və  Bayram etmə günü elan edilmişdir. Bəxtiyarlıq bu gündən başlanır… Yeni gün və bəxtiyarlığın başlandığı gün… Hər kəsin bəxtiyar olmaq haqqı var. Qoy Bəxtiyarlıq hər kəs üçün elə bu gündən   başlasın.

Bu gün Ana Torpaq  neçə ayın səssizliyinin ardından canlanır, otlar göyərir, hər yanda Yazın nəfəsi duyulur. Baharın müjdəcisi kimi bilinən Novruz bu gün  bir çox ölkədə coşqu ilə bayram edilir.

Daha çox Novruz  adıyla tanınan bu bayram fərqli adlarla dünyanın kültür  mirası olaraq  nəsildən-nəsilə daşınmaqda. BMT tərəfindən bu gün  2009-dan bəri  «Uluslararası Novruz Günü» olaraq elan edilmişdir.  Bu gün Avrasiyanın ucsuz-bucaqsız coğrafiyasının bayramıdır.

Azərbaycan, Qazaxıstan,  Qırgızıstan, Özbəkistan, Türkmənistan,  Əfqanistan və Tacikistan bu günü milli bayram olaraq qarşılayır.

Novruz farsça «yeni gün» anlamındadır, Türk soylarında «Ergenekondan geniş dünyaya çıxılan gün», «ən ulu gün» olaraq bilinir, bizim soylarda  «navrız», «yeni gün», «mart doqquzu», «ulu kün», «şagaa», «ısıah», «yengi kün», «çıl pazı» kimi isimlərlə də anılır.

Ən gözəl diləklərin günü…

Qədim Türklər və İranlılar bu günü  İlbaşı olaraq qəbul edirdilər. Türklərin ilk təqvimi olan On iki Heyvanlı Türk Təqviminde də bu başlanğıc yer alır. Bu bayrama XII yüzildə ulu atamız Məlik şah Səlcuq dönəmindən bəri ayrı bir önəm verilməyə başlamışdır. Bu ovqatı 800 ildən bəridir mənəvi həyatımızda yaşamaqdayıq.

Bəxtiyarlığın günü…  Ən gözəl diləklərin günü…

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 134