Muəllif:

Zülfiyyə Hüseynova Avropa çempionu oldu

Parisdə usta cüdoçular arasında Avropa çempionatına start verilib və yarışın ilk günü Azərbaycan yığması üçün uğurlu alınıb. Veteran idmançılarımız 2 qızıl və 1 bürünc medal qazanıblar. Təmsilçilərimizdən Parisdə fəxri kürsünün ən yüksək pilləsinə Zaur Paşayev (100 kq) və Zülfiyyə Hüseynova (78 kq) qalxıblar. Xanım cüdoçumuz bütün görüşlərini ipponla bitirib. Komandamızın heyətində “3-cülük” Elçin Mayılovun (60 kq) qismətinə düşüb.

Digər idmançılarımızdan Vüqar Budaqov (66 kq) 5-ci, Vüsal Cəfərov (90 kq), Rəsul Səlimov, Rəsul Sultanov (hər ikisi 100 kq) və Zaur Məcidov (+100 kq) 7-ci olublar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 290