Muəllif:

Ziyafət Əsgərov Ermənistanı dövlət hesab etmir, fəqət…

Ziyafət Əsgərov Ermənistanı dövlət hesab etmir, deputatın gözündə «Ermənistan dövlət deyil, sadəcə olaraq bir qurumdur». Trend-in məlumatına görə, Milli Məclisin birinci vitse-spikeri, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov cümə axşamı jurnalistlərə bildirib ki, Ermənistan kimlərinsə əlində forpostdur: «Mən şəxsən Ermənistanı dövlət hesab etmirəm və bunu tam məsuliyyətilə bildirirəm. Ermənistan sadəcə olaraq bir qurumdur, kimlərinsə əlində forpostdur, hara istəyirlər ora dartırlar, kim nə deyirsə onu edir».

Birinci vitse-spiker deyib ki, Ermənistanın müstəqil xarici siyasəti yoxdur ki, normal bir şəxslə beynəlxalq hüquq, BMT-nin qəbul etdiyi qərarlarla bağlı danışıq aparasan: «Ermənistanın iqtisadi vəziyyəti gündən-günə iflasa uğrayır, 100 minlərlə əhali hər il ölkədən qaçıb gedir, pensiya siyasəti pis vəziyyətdədir. Ermənistan konkret dövlət olaraq konkret siyasət yürütsə idi, onunla danışmaq olardı».

Əsgərov bildirib ki, Ermənistan Gömrük İttifaqına üzv olan dövlətlərlə heç bir quru sərhədinə malik olmadığı halda həmin təşkilata qoşulub: «Bunların hamısı bir oyundur».
Bəlkə də, Əsgərov Ermənistanı dövlət hesab etmədiyində haqlıdır, fəqət «bu qurum» 20 ildir bizim torpaqların 20 faizini tutum qaytarmaq istəmir, güclü dövlət olan biz ona hələ ki bir təsir göstərə bilmirik, torpağımız işğal olunduğundan dolayı aciz və deməli rəzil durumdayıq, üstəlik bu «qurum» hər saat bizi atəş altında saxlamağı, bizimlə hətta danışıqlar masası arxasında oturmamağı belə özünə rəva görə bilir …

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 185