Muəllif: Redaksiya
Ziya Məmmədov: Ermənistanın Bakı-Tbilisi-Kars layihəsində iştirakına yol verməyəcəyik
Ermənistan Azərbaycanın işğal olunan ərazilərini azad etməyənə qədər Bakı-Tbilisi-Kars dəmiryolu layihəsində iştirak edə bilməyəcək.
Trend-in «Doğan» agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ötən gün Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov türkiyəlı və gürcü həmkarları ilə görüşü zamanı bildirib:
«Yalnız Azərbaycan torpaqları işğaldan azad olunandan sonra Azərbaycan, Türkiyə və Gürcüstan Ermənistanın layihədə iştirakı haqqında düşünə bilərlər».
Bölüm: İqtisadiyyat
Oxunma sayı: 240

