Muəllif:

Zeynəb Xanlarovadan şok çıxış: “Vaxtilə hamını Vəzirovun ətrafında birləşməyə çağıranlar…”

Milli Məclisin bugünkü iclasında deputat Zeynəb Xanlarova şok çıxış edərək deyib: “Vaxtilə hamını Vəzirovun ətrafında birləşməyə çağıranlar bu gün Prezident Aparatında oturublar”. Deputat hökümətdəki bəzi şəxsləri vaxtilə Azərbaycanda Heydə Əliyevə qarşı aparılan kampaniyanın fəal iştirakçısı olmaqda ittiham edib. Parlamentin H. Əliyevin 90 illik yubleyi münasibəti ilə iclasında çıxış edən Z. Xanlarova onları ciddi tənqid edib.
“Vaxtilə hamını Vəzirovun ətrafında birləşməyə, “Əliyevşina”da ittiham edənlərin bəziləri bu gün Prezident Aparatında oturublar” — deyə deputat bildiirb. “91-lərin” məşhur müraciətinin evində hazırlandığını deyən Zeynəb Xanlarova deyib ki, o zaman müraciətə imza atmaq təklifini bir çoxları rədd edib.
“Müraciət mənim evimdə hazırlanıb. Sirus Təbrizli deyird i ki, “Ay Zeynəb, kişinin çörəyini yeyənlər indi bu mürəcitəi imzalamaqdan imtina edirlər”. İndi o adamlar Heydər Əliyev, İlham Əliyev deyirlər”.
Daha sonra çıxışını kəskinləşdirən Xanlarova bildirib ki, əsl düşmən “üzünə gülən, artistlik edənlərdir”. “Bəzən müxalifəti ittiham edirlər. Təxribatı yaradan elə Prezident Aparatında oturan o məmurlardır. Atırlar müxalifətin boynuna”- deyə deputat bildirib.
Heydər Əliyevə bağlı olduğunu deyən Xanlarova hazırkı dövlət başçısı İlham Əliyevi dəstəklədiyini bəyan edib.

Spiker Oktay Əsədov replika ataraq “artıq ağıllandılar” əlavə edib. Xanlarovanın çıxışı alqışlarla qarşılanıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 339