Muəllif: Redaksiya
Zəncanda son bir neçə gündə 2846 peyk antennası toplanıb
Son bir neçə gündür Güney Azərbaycanın Zəncan vilayətində peyk antennalarının toplanılması ilə bağlı polis əməliyyatı davam edir. Güney qaynaqlarına istinadən,
polislər evlərə soxulur, peyk antennalarını zorakılıqla toplayır, onları
sındırır və əzirlər.
Zəncan vilayət Polis İdarəsinin şöbə rəisi Behruz Ağacanlu bildirib ki, son günlər məntəqədə evlərdən 2846 peyk antenası toplanılıb: “Bu mənzillərin sahibləri cəzalanacaqlar. Bundan sonra evlərinin üzərində peyk antenası quraşdıranlar və bu işlə məşğul olanlar da cəzalanacaq”.
Başqa sözlə, teokratik rejim əhalinin gözünün açılacağından əndişə edir və onların xarici TV-lərə baxmasınş istəmirlər. Bütün Güney Azərbaycan şəhər və kəndlərində hökumətin peyk antennalarına allergiyası var.
Bölüm: Güney
Oxunma sayı: 153

