Muəllif:

Zarui Postancyan Serj Sarqsyanı oğru, fırıldaqçı, cani adlandırır

“Ermənistan əhalisinin 80 faizi ölkədə ədalətsizliyin hökm sürdüyünü, seçkilərin saxtalaşdırıldığını bilir. Artıq neçənci dəfədir Ermənistan vətəndaşları anlayır ki, onların səsləri oğurlanır və bu oğurluğu, fırıldaqçılığı, mütəşəkkil cinayətkarlığı həyata keçirən Serj Sarkisyandır”. Bu sözləri “Azadlıq” radiosuna müsahibəsində “İrs” Partiyasının deputatı, AŞPA sessiyasında Serj Sarqsyana kazinoda 70 milyon avro uduzub-uduzmadığı haqda sual ünvanlayan Zarui Postancyan deyib. Xatırladaq ki, bu sualına görə, Z. Postancyanın ölkənin AŞPA-dakı nümayəndə heyətindən çıxarılma məsələsi qaldırılıb.

Postancyan bu gün Ermənistanda çoxlu sayda yoxsul və aclıq keçirən insan olduğunu söyləyib: “Mən heç nədən qorxmuram, mübarizəni davam etdirəcəyəm. Sona qədər mübarizə aparacağam ki, bizim övladlarımızın vətəni olsun. Sarkisyanı milyon dollarlar və avrolar xaricisində heç nə maraqlandırmır”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 336