Zaqatalada ev oğrusu yaxalandı
Zaqatalada sakinlərin evini qarət edən şəxs həbs edilib. Yerli polisdən bildirilib ki, Zaqatala şəhəri, Nərimanov küçəsi, 17 ünvanında yaşayan Əliyev Ruhulla və rayonun Aşağı Tala kəndində yaşayan Ramazan Kamalov polisə ərizə ilə müraciət edərək evlərinin nəməlum şəxs tərəfindən qarət edilməsi barədə məlumat veriblər.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Ruhulla Əliyevin və Ramazan Kamalovun evinin Zaqatala şəhər sakini, 36 yaşlı Füzuli Burcəliyev tərəfindən qarət olunduğu müəyyən edilib. Füzuli Burcəliyev
tutularaq istintaqa təhvil edilib.
Bəlli olub ki, Fizuli Burcəliyev 16.06.2013-cü il tarixində Ruhulla Əliyevə məxsus mənzildən 950 AZN nağd pul və 5500 AZN məbləğində qızıl-zinət əşyaları, 02.08.2013-cü il tarixində Aşağı Tala kənd sakini Ramazan Kamalovun mənzilindən 150 AZN nağd pul və 2200 AZN məbləğində qızıl-zinət əşyaları, 05.08.2013-cü il tarixində Çökəkoba kənd sakini Rasim İmanovun mənzilindən 4000 AZN dəyərində qızıl-zinət əşyaları və rayonun Yuxarı Tala kəndində Ramazan Mahmudovun mənzilindən 300 AZN nağd pul oğurlayıb.
Faktla bağlı cinayət işi başlayıb, Fizuli Burcəliyevin rayon ərazisində baş verən digər oğurluq hadisəslərində iştirak edib-etməməsi araşdırılır.