Muəllif:

Zaqatalada dörd nəfəri güllələyən şəxs yaxalandı

Zaqatala polisi içərisində 4 nəfərin olduğu avtomobili avtomatdan gülləyə tutan Balakən rayon sakini, Osmanov Samir Rəşid oğluni (1991) tutub. Osmanovdan hadisə zamanı istifadə etdiyi avtomat silah da maddi sübut kimi götürülüb. Polis bildirir ki, Osmanov hadisə zamanı yaralanıbmış. Osmanovun öz əlindəki silahdan açılan güllələrdən biri elə onun öz əlinə dəyib. Osmanovun müayinəyə ehtiyacı olduğu üçün o xəstəxanaya yerləşdirilib.

Hadisənin daha bir iştirakçısı, Balakən rayon sakini Vüqar Lahıcov bu gün səhər saxlanılıb. Bəlli silahlı insidentdə bağlılığı olan daha bir neçə nəfərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Noyabrın 24-də saat 16.00 radələrində Zaqatala rayonu Yuxarı Tala kəndinin ərazisində “VAZ-2107” markalı avtomobildə olan naməlum şəxs Balakən rayon sakini Vüsal Əliqayevin idarə etdiyi “Hyundai” markalı avtomobilin istiqamətində avtomat silahdan atəş açıb.

V. Əliqayevin sərnişinləri — Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov aldıqları güllə yarasından hadisə yerində ölüb, özü isə xəsarət alıb. Faktla əlaqədar cinayət işi başlanıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 172