Muəllif:

Zaqatalada diş texnikinin evinə silahlı basqın edənlərdən biri hava limanında yaxalandı

Şamaxı rayon sakini, 1978-ci il doğumlu  Əliyev Ramin Ramiz oğlu Heydər Əliyev Beynəlxalq Hava Limanında ölkədən qaçmaq istəyərkən saxlanılıb. O, axtarışda olduğu üçün pasportunu dəyişib və özünə Cəfərov familiyası götürüb. Lakin Ramin Əliyevin planı baş tutmayıb.

 Dekabrın 5-dən 6-na keçən gecə saat 04.00 radələrində, Zaqatala rayonunun Danaçı kənd sakini, 1952-ci il doğumlu Qurban Məhəmməd oğlu Qurqunayevin evinə gələn 3 nəfər naməlum maskalı şəxslər ev sahibini həyat yoldaşı və gəlininin gözü qarşısında döyərək pul tələb ediblər. Naməlum şəxslər ev sahibini döydükdən sonra evdə olan külli miqdarda pulu götürərək hadisə yerindən qaçıblar.

Zərərçəkənin qohumları APA-ya bildiriblər ki, evə basqın edən şəxslər silahlı olub. Onlar ev sahibini döyərək evdən 50 min manat, 3 min ABŞ dolları, 700 min Rus rublu və 40 min manat dəyərində qızıl-zinət əşyalarını götürərək qaçıblar.

 Baş vermiş hadisə ilə bağlı Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. Hazırda hadisəni törədən digər şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 Çasqına məruz qalan  Qurqunayev diş texnikidir.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 172