Zaqatala sakini polis əməkdaşının qulağını gəmirdi
Zaqatalada polis əməkdaşına xəsarət yetirilib. Hadisə ötən gecə Zaqatala şəhəri ərazisində qeydə alınıb. Zaqatala Mərkəzi Rayon Xəstəxanasındanverilən məlumata görə,
Zaqatala şəhər sakini, 35 yaşlı Səbuhi Qurban oğlu Allahverdiyev aralarında yaranmış mübahisə zəminində, yerli Polis Şöbəsinin əməkdaşı, polis nəfəri, 32 yaşlı Atayev Nəcməddin Murtuzəli oğlunun qulağını gəmirib. Bundan başqa S. Allahverdiyev polis əməkdaşının sinə nahiyəsinə də xəsarət yetirib.
Polislə qarşıdurma zamanı S. Allahverdiyev də xəsarət alıb. Hər iki yaralı Zaqatala MRX-ya müraciət edib. Xəstəxanadan deyilib ki, polis əməkdaşı N. Atayev və vətəndaş S. Allahvediyevə ilkin tibbi yardım göstərilib, daha sonra onların hər ikisi ambulator müalicə almaq üçün evə buraxılıb.
Zaqatala Rayon Polis Şöbəsindən APA-ya faktı təsdiqləsələr də, əlavə məlumat verilməyib: “Faktla bağlı araşdırma aparılır”.