Muəllif:

Zakir Qaralovun adından dələduzluq edəni açıb buraxdılar

Zakir Qaralovun adından dələduzluq edən şəxs azadlığa buraxıldı.
Dövlət ittihamçısı prokuror təyin etmək adı ilə dələduzluq edən şəxsin həbs edilməsi barədə protest versə də, şikayəti təmin edilmədi.
Dələduzluqda ittiham olunan Beyləqan sakini Nazim Məmmədlinin (1964) məhkəməsi başa çatıb. Nazim Məmmədli özgəsinin əmlakını ələ keçirmək məqsədi ilə 2012-ci ilin yanvar-may aylarında Bərdə şəhəri Nizami küçəsi bina 2, mənzil 6-da yaşayan Şəhla Hüseynovanın etibarından sui-istifadə edərək Sıktıvkar Dövlət Universitetini (RF) hüquqşünas ixtisası üzrə bitirmiş qızı Svetlana Hüseynovanın Azərbaycan Respublikasının Prokuroru vasitəsi ilə Bakı şəhər Nəsimi rayon prokurorluğuna işə düzəldəcəyini vəd edib. O, belə vəd etməklə Şəhla Hüseynovadan 3000 ABŞ dolları alıb.
O, daha sonra müxtəlif vaxtlarda yenə də Şəhla Hüseynovadan pul alaraq ümumilikdə onun 15000 ABŞ dollarını ələ keçirib, vədinə əməl etməyərək, həmin məbləğdə olan pulu mənimsəyib. Zərərçəkmişin şikayətindən sonra Nazim Məmmədli 2012-ci il dekbarın 16-da həbs edilib.
Nazim Məmmədlinin cinayət işinə Bərdə rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə 3 min manat cərimə edilib və məhkəmə zalından azadlığa buraxılıb.
Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mazan Fətəliyev apelyasiya şikayəti verib. Prokuror Nazim Məmmədlinin CM 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə məhkum olunması barədə Bərdə Rayon Məhkəməsinin hökmünün dəyişdirilməsini, ona cinayət qanunun müdəalarına uyğun daha ağır cəza təyin edilməsini xahiş edib. Prokuror apelyasiya protestini onunla əsaslandırıb ki, Bərdə Məhkəməsinin Nazim Məmmədli barəsindəki 8 fevral 2013-cü il tarixli hökmü dəyişdirilməlidir: “Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İşin halları ilə müəyyən edildiyi kimi Nazim Məmmədlinin törətdiyi cinayət əməli az agır cinayətlər təsnifatına aid olmaqla mülkiyyət münasibətləri əleyhinə yönəlmiş və bir başa qəsdlə törədilib”.
Prokuror daha sonra qeyd edib ki, Nazim Məmmədlinin həmin cinayəti zərərçəkmişi dəfələrlə aldatmaqla törədib. Onun bildirdiyinə görə, Nazim Məmmədli zərərçəkmiş şəxsə vurduğu ziyanın 2357,7 (iki min üç yüz əlli yeddi manat yetmiş qəpiyə) manat təşkil etməsi cinayətin ictimai təhlükəliliyini artıran hallardır: “Bundan başqa, Nazim Məmmədlinin həmin cinayəti törədərkən prokurorluq orqanlarının adından istifadə etməklə dövlət orqanlarının nüfuzuna, mənafeyinə xələl gətirməsi də cinayətin ictimai təhlükəliliyini artıran haldır. Məhkəmə cəza təyin edərkən cinayətin qeyd olunan xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə almayıb”.
Prokuror daha sonra qeyd edib ki, cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandınlmalıdır. O, daha sonra əlavə edib ki, məhkəmə Nazim Məmmədliyə cəza təyin edərkən yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmişlə barışmasını və vurulmuş ziyanı ödəməsini cəzasını yüngüləşdirən hallar kimi göstərsə də, bunun nə ilə sübut olunmasını hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməyib: “Məhkəmə hökmdə həmin halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsinin motivlərini əsaslandırmayıb. Məhkəmə hökmdə Nazim Məmmədliyə cəza təyin edərkən ilk dəfə cinayət törətməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alıb”.
Mazan Fətəliyevin sözlərinə görə, Nazim Məmmədli qeyd olunan cinayət əməlini hadisələrin təsadüfi axarı zəminində deyil, qabaqcadan düşünülmüş şəkildə zərərçəkmiş Şəhla Hüseynovanın 3000 ABŞ dolları məbləğində pulunu ayrı-ayrı vaxtlarda alıb: “Təqsirləndirilən şəxs Şəhla Hüseynovadan 2000 ABŞ dollarını 2012-ci ilin yanvar ayının əvvəllərində Bərdə şəhərində, 200 ABŞ dollarını 2012-ci ilin yanvar ayının sonlarında Bərdə şəhərində, 100 manatını 2012-ci ilin mart ayında Bakı şəhərində və qalan hissəsini Bərdə şəhərində müxtəlif vaxtlarda hissə-hissə olmaqla alıb, niyyəti zərərçəkmişin ümumilikdə 15000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ kecirmək olub. Məhkəmə əvvəlcədən planlaşdırılmış, məqsədyönlü şəkildə və qəsdən törədilmiş dələduzluq cinayətini hadisələrin təsadüfi axarı zəminində törədilən cinayətdən fərqləndirməyib. Buna görə məhkəmə onun ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmyıb. Bundan başqa, məhkəmə hökmdə Nazim Məmmədliyə cəza təyin edərkən əməlindən səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alıb. İş materiallarından görünür ki, Nazim Məmmədli cinayəti törətdikdən sonra əınəlindən peşman olmayıb, özünü istintaq orqanına təqdim etməyıb, əksinə istintaqdan qaçıb gizlənib, zərərçəkmiş Şəhla Hüseynovanın telefon zənglərinə cavab verməyıb, vurulmuş ziyanın könüllü şəkildə ödənilməsi üçün heç bir hərəkət etməyib, yalnız Şəhla Hüseynovanın Bərdə rayon Polis şöbəsinə müraciətindən sonra 16 dekabr 2012-ci il tarixdə tutularaq istintaqa təqdim edilib. Nazim Məmmədli hadisədən sonra könüllü gələrək təqsirini boynuna almayıb və cinayətin üstünün açılmasına fəal kömək etməyib. Buna görə məhkəmə onun əməlindən səmimi peşmancılıq çəkməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmayıb”.
Prokurorun protestinə Gəncə Apelyasiya Məhkəməsinin cinayət işləri üzrə kollegiyasında baxılıb. Hakim Bədəl Əliyevin sədrliyi ilə keçirilən prosesdə şikayət üzrə qərar elan edilib. Qərara görə, Nazim Məmmədlinin cəzasının ağırlaşdırılması ilə bağlı verilmiş apelyasiya şikayəti təmin edilməyib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 353