Muəllif:

Leyla Yunusa Fəxri Legion Ordeninin Kavaler rütbəsini səfir Fransua Zimre təqdim edəcək

İnsan hüquqları və Xolokost faciəsinə ehtiram borcu üzrə Səfir — Cənab Fransua Zimre
(François Zimeray) 22-23 may tarixlərində Azərbaycana səfər edəcəkdir. Fransanın Azərbaycan səfirliyindən bildirilir ki, cənab Zimre hakimiyyət orqanları və yəhudi icmasının nümayəndələri ilə görüşlər keçirəcəkdir. O, İnsan hüquqlarının müdafiəsi təşkilatlarının nümayəndələri, jurnalistlər və gənclər təşkilatları ilə də görüşəcəkdir.
Səfəri çərçivəsində, Cənab Zimre «sülh və demokratiya institutu» qeyri-hökümət
təşkilatının sədri Xanım Leyla Yunusa Fəxri Legion Ordeninin Kavaler rütbəsini təqdim
edəcəkdir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 134