Muəllif:

New York Times əməkdaşları işğal olunmuş ərazilərə getmək üçün XİN-ə müraciət ediblər

New York Times qəzetinin əməkdaşları Azərbaycanın işğal olunmuş ərazilərinə getmək üçün XİN-ə müraciət ediblər.
Biz dәfәlәrlә bildirmişdik ki, Azərbaycanın Xarici İşlər Nazirliyinə «qara siyahı»dan çıxarılma ilә bağlı müxtəlif şәxslәrdәn müraciәtlәr daxil olur. Onlar Azərbaycan tәrәfinә müraciәt edәrәk rısmi Bakının razılığını almaq istәyirlәr. Trend-in məlumatına görə, bunu çərşənbə günün keçirdiyi brifinqdə XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.
Abdullayev bildirib ki, ABŞ-ın New York Times qəzetinin Moskva bürosunun müxbirləri Noa Snayder, Viktor Klimenko, Ceyms Hill, Ben Salamon, Devid Herzinkom Azərbaycanın işğal olunmuş ərazilərinə getmək üçün Azərbaycan XİN-ə müraciət ediblər. Hazırda onların müraciətinə baxılır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 122