Muəllif:

Yol salmağa imkan varsa, körpü nəyə gərək?

Bakı körfəzinin iki tərəfini birləşdirəcək Dənizkənarı Bulvarın bütün uzunluğu boyu yeraltı tunelin tikintisi heç bir təhlükə daşımır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov bildirib ki, layihəyə əsasən, yeraltı tunelin uzunluğu 42 kilometr olacaq. Tunelin 0,9 kilometrlik bir hissəsi yerin üstündə salınacaq və U-səkilli formaya malik olacaq. Tunel altı xətli (3 xətt bir , 3 xətt isə digər istiqamətə) olacaq.
Bakı körfəzinin hər iki tərəfinin birləşdirilməsi üçün suüstü körpü tikintisinin mümkünlüyünə də baxılır. Lakin Ələsgərovun fikrincə, Bakı körfəzindən keçəcək körpünün tikintisi bahalı layihədir:
«Yol salmaq imkanı olduğu halda körpünün tikintisi nəyə lazımdır? Körpünün tikintisi baha başa gəlir» (Trend).

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 197