Muəllif:

Yol qəzası: bir ailədən 4-ü həyatını itirdi

Abşeronun Pirəkəşkül qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Ayəddin Abbasovun idarə etdiyi «Hyundai-Sonata» markalı və Urfan Şahbudaqovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə xəsarət alan U. Şahbudaqov və onun sərnişinləri — anası Bahar, qızı Fidan və qohumu Sevinc xəstəxanaya aparılarkən yolda ölüblər. Digər sərnişinlər – U. Şahbudaqovun oğlu Natiq, Bakı şəhər sakinləri İdris Şahbudaqov, Aydan Şahbudaqova, Xalidə Babayeva, habelə Ayəddin Abbasov və onun sərnişini Samirə Cəbrayılova müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 191