Muəllif:

Yol qəzalarının başlıca səbəbi: sürət həddini aşmaq…

Son 9 ayda Bakı ərazisində 755 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu qəzalarda 258 nəfər ölüb, 777 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun sözlərinə görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 hadisə, 52 xəsarət faktı azalsa da, ölənlərin sayı 3 nəfər artıb.
Hadisələr ən çox paytaxtın Xətai rayonunda (107 hadisə, 39 ölüm, 91 xəsarət) qeydə alınıb. Lakin ötən ilin müvafiq dövrü ilə müqayisədə burada 12 hadisə, 12 ölüm, 28 xəsarət faktı azalıb.
Ən az yol qəzaları isə Nəsimi rayonunda (19 hadisə, 8 ölüm, 16 xəsarət) qeydə alınıb. Burada ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 hadisə, 1 ölüm, 4 xəsarət faktı azalıb.
Yenə də hadisələr ən çox sürət həddinin aşılması nəticəsində baş verib.
Qeyd edək ki, 2013-cü ilin ilk 9 ayında ümumən respublika ərazisində 2157 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 872 nəfər ölüb, 2303 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5% yol-nəqliyyat hadisəsi, 4,1% ölüm, 1% yaralıların sayı artıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 208