Muəllif:

Yol polisindən piyadalara: küçəni təyin olunmuş yerdən keçin

Bu il yanvarın 1-dən bu günə qədər paytaxtda yol hərəkəti qaydalarını pozan 20 minə yaxın piyada Bakı şəhər yol polisi tərəfindən inzibati qaydada məsuliyyətə cəlb olunub. Bu barədə Trend-ə paytaxtın Dövlət Yol Polisi İdarəsinin (BPİ DYP) bölmə rəisi Vaqif Əsədov bildirib. Bölmə rəisinin sözlərinə görə, məsuliyyətə cəlb edilən piyadalar əsasən təyin olunmayan yerlərdən keçdikləri üçün cərimələniblər. Məsuliyyətə cəlb edilən piyadaların əksəriyyəti isə yaşı 20-50 arasında olan vətəndaşlardır.

Əsədov bildirib ki, piyadalara qarşı reydlərdə məqsəd piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır. Bununla əlaqədar bölmə rəisi piyadaları yol hərəkət qaydalarını pozmamağa və intizamlı olmağa çağırıb.
«Bu reydlər intensiv olacaq», — deyə Əsədov xəbərdarlıq edib.

Yol hərəkəti qaydalarını pozan piayalar İnzibati Xətalar Məcəlləsinin 153-cü (Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması) maddəsinə əsasən 20 manat cərimə olunurlar.
Hadisələrin növünə görə təhlili göstərir ki, ötən il Bakıda yol qəzalarının yarıdan çoxu, yəni 51,5 faizi (550 hadisə, 59 ölüm, 422 xəsarət) piyadaların avtomobillə vurulması faktları ilə bağlı olub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 145