Yol polisi jurnalisti bir saatlığa «həbs edib»
Bəzən belə də olur. “Azadlıq” qəzetinin yazarı doğma yol polisimizin “həbsinə” məruz qalıb.
“Azadlıq” qəzetinin reportyoru Natiq Güləhmədoğlu iyulun 8-də Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən təzyiqə məruz qalıb. Bu, Sumqayıtda jurnalist Türkiyədən peyk yayımı ilə yayımlanan “Azərbaycan saatı” televerilişi üçün reportaj hazırlayarkən baş verib (Turan).
Güləhmədoğlu reportaj hazırlayarkən təsadüfən yol polisi əməkdaşı və şəxsi avtomobil sürücüsü arasında mübahisənin şahidi olub. təbii ki, Güləhmədoğlu bunu planşetinə çəkməyə cəhd edib, bu barədə jurnalist özü bildirib. Lakin yol polisi serjantı onun üzərinə hücum edərək, özünü jurnalist kimi təqdim etməsinə baxmayaraq, onu açıq-aşkar təhqir etməyə başlayıb.
Reportyoru yol polisinin maşınına mindirərək, bir saatdan çox saxlayıblar, baxmayaraq ki, yol polisinin vətəndaşı saxlamaq hüququ yoxdur. “Hesablaşmadan” sonra jurnalisti sərbəst buraxıblar.
Güləhmədoğlu bunu peşəkar fəaliyyətinə maneə kimi qiymətləndirib ki, bu da CM-yə əsasən cəzalandırılmalıdır. O, DİN-ə şikayətlə müraciət etmək niyyətindədir.
Bu arada, jurnalist ona hücum edən polis əməkdaşının – Allahverdi Zamanovun idmançı olduğunu, Azərbaycan idman federasiyalarından birində məşqçi olaraq işlədiyini də müəyyən etməyə müvəffəq olub. Hələlik DİN-dən şərh almaq mümkün olmayıb.

