Muəllif:

Yığmamız gələn ildən beynəlxalq velosiped turnirlərinə qoşulacaq

Ölkədə velosiped idmanının inkişafı üçün maddi-texniki baza gücləndiriləcək və yığmamız gələn ildən beynəlxalq velosiped turnirlərinə qoşula biləcək, yaxın gələcəkdə Azərbaycanda velosiped idmanının inkişafı üçün məktəb və klubların yaradılması nəzərdə tutulur. Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov «Tour d`Azerbaidjan» beynəlxalq velosiped turunun yekunlarına həsr olunmuş mətbuat kofransında deyib ki, artıq cari ilin sonuna ölkədə bu sahədə aparılmış işlər üzrə müəyyən nəticələr əldə ediləcək və gələn ilin əvvəlindən etibarən Azərbaycan öz yığma komandası ilə beynəlxalq velosiped turnirlərində təmsil oluna biləcək (Trend).
«Tələsmək lazım deyil, belə ki, vaxtından əvvəl verilmiş qərarlar bizim üçün problemlər yarada bilər», — o deyib.
Federasiyanın vitse-prezidenti hesab edir ki, ilk növbədə, bu idman növünün inkişafı üçün maddi-texniki baza yaratmaq lazımdır. Xüsusilə də yol infrastrukturu yaratmaq və velotrekin yenidən qurulması üzrə işləri başa çatdırmaq lazımdır.
«Ölkədə yeni velodromun tikiləcəyi yeni velopark yaradılıb. Velodromun tikinti layihəsi artıq hazırdır. Düşünürəm ki, maddi-texniki bazanın yaradılması ilə velosipedçilərin sayı artacaq», — Ələkbərov deyib.

Bəlli olduğu kimi, Heydər Əliyev — 90 «Tour d’Azerbaidjan» beynəlxalq velosiped turunun sonuncu — beşinci mərhələsi başa çatdı. Azadlıq meydanından start götürən yarış iştirakçıları paytaxtın mərkəzi küçə və prospektlərini 12 dəfə dövrə vurublar. Marşrutun uzunluğu 144 kilometr olub.

«Synergy Baku Cycling Project»in velosipedçisi Konnor Makkonvi «Tour d`Azerbaidjan»ın dağ yolları üzrə qalibi olub. Sprinter yarışlarında Azərbaycan komandasının idmançısı Kristof Şvaytser birinci olub.
Ümumi təsnifatda Sergey Qreçin («Torku Şekerspor», Türkiyə») qalib olub. İkinci yeri Aleksandr Surutkoviç («Synergy»), üçüncü yeri isə turun ən yaxşı gənc velosipedçisi seçilən Bəxtiyar Kojatayev (Qazaxıstan) tutub.
Komanda təsnifat cədvəlinə isə Portuqaliyanın «Efapel — Glassdrive» komandası başçılıq edib. Elçin Əsədov ən yaxşı Azərbaycan velosipedçisi elan edilib.
________________________________________

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 176