Yeniyetmələr arasında taekvondo birinciliyi başlanır
Yanvarın 26-da 1999-2001-ci il doğumlu yeniyetmələr arasında taekvondo üzrə Bakı şəhər birinciliyi keçiriləcək. Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən «Trend»ə verilən məlumata görə, Hövsan Olimpiya İdman Kompleksində keçiriləcək yarışı Bakı Şəhər Gənclər və İdman İdarəsi (BŞGİBİ) təşkil edir.
Oğlanlar arasında paytaxt birinciliyi 33 kq, 37 kq, 41 kq, 45 kq, 53 kq, 57 kq, 61 kq, 65 kq və +65 kq çəki dərəcələrində olacaq. Turnirdə Bakının müxtəlif rayonlarından klubların tərkibində 100-dək idmançı mübarizə aparacaq. Taekvondoçular DaeDo elektron gödəkçələrdən istifadə edəcəklər. İştirakçıların çəkiləri yanvarın 25-də saat 09:00-12:00-da ATF-nin təlim-məşq bazasında müəyyənləşdiriləcək.
Fərqlənən taekvondoçular BŞGİBİ-nin müvafiq diplomları, xatirə hədiyyələri və pul mükafatı ilə təltif ediləcəklər.