Yeni narkomarşrut:
Araşdırmalarımıza görə, Xəzər dənizi Avropaya açılan «narkoqapılar»dan biridir. Məsələn, Təbriz-Cəlilabad-Sumqayıt-Batumi-Qara dəniz (Türkiyə), İstanbul-Şərqi Avropa… narkomarşrutu rəsmi sənədlərdə qeyd olunmasa da, ABŞ dövlət Departamentinin sənədlərində xatırlanır. Faktiki olaraq, Türkiyə opiumdan, heroin istehsal edən ən böyük laboratoriyadır. Uyuşdurucu problemlərilə məşğul olan Beynəlxalq İnstitutun Araşdırma Mərkəzinin hesabatlarında (ABŞ, 2013-cü il 11 iyun) belə bir məsələyə də toxunulur ki, həm Xəzər, həm də Qara dənizdə beynəlxalq narkobiznesə məxsus katerlərin, motorlu qayıqların, gəmilərin görünməsi ehtimalı da çoxdur. Məlumata görə, «Kapsul» beynəlxalq narkobiznes «SM-4» qeydiyyatlı Narkotik Əlaqələrlə bağlı Strateji Mərkəzin (İspaniya) «kəşfiyyatçılar»ı Bakı-Tbilisi-Ceyhan neft kəməri əraziləri istiqamətində yeni «narkomarşrut»un planı haqqında götür-qoy edirlər və bu marşrut Cənubi Qafqazda yeni narkomarşrut kimi də qeyd olunur. Bu da ehtimal olunur ki, BTC-yə İran da qoşulsun. Onda kəmərin statusu və beynəlxalq neft kəməri Xəzərin İran körfəzi ilə birləşməsini təmin edəcək. Yaxud İran körfəzi-Xəzər dənizi-Qara dəniz marşrutu yaranacaq. Araşdırma materiallarına görə, bir zaman yada düşməyən, sonra ehtimal edilən bu xətt — plan artıq gerçəyə çevrilir. Paralel olaraq İran körfəzi-Xəzər dənizi-Qara dəniz xətti boyunca da narkoticarətin yeni marşrutu cızılır. Məsələn, məlumata görə, Tehran 2012-ci il oktyabrın 17-də Aşqabada dörd ədəd «Aşura» adlı motorlu qayıq bağışlayıb. İri və müasir tipli silahla təmin olunmuş bu qayıqda, altı nəfər sərhəd sularına nəzarət edəcək.
Amerikada nəşr olunan «World Net Daily» mətbu orqanı isə açıqlamasında göstərir ki, beynəlxalq narkoticarətdə məşhur olan Üsəma bin Ladenə məxsus 05 saylı narkodəstə — 15 gəmi ilə Sakit və Hind okeanlarında görünür. Qətərin «Əl Cəzirə» telekanalına müsahibə verən Üsəma bin Laden isə xatırladır: «Bizim Xəzəryanı ölkələrin hər birində maraqlarımız var. Bu maraqları qoruyan dostlarımız var…». Məlumata görə, bu «anlaşılmaz maraqlar» çərçivəsində narkodollarlar, neft dollarları, çirkli pulların yuyulması məsələləri də həll olunur. Məsələn, «anlaşılmaz maraqlar»a aydınlıq gətirən Türkmənistanın o vaxtkı prezidenti S.Niyazov məlumat verir:»narahat olmağa dəyməz, bizim gələcək qaz boru kəməri boyunca yerləşən bütün qruplaşmalarla sövdələşməmiz var».
Əl-Qaida»ya məxsus 055 saylı beynəlxalq narkoticarətin xətləri artıq Türkmənistanda kəsişirdi. Ölkənin narkoticarətinə qoşulmuş hökümət və dövlət strukturlarının məmurları ildə təqribən 2 milyard dollar gəlir əldə edirdilər (bu işdə ittiham olunan keçmiş baş prokuror Qurbanbibinin dediklərindən).
Xəzər dənizindəki narkotik maddələrin qaçaqmalçılıq yolu ilə daşınmasında ən böyük nəzarət Türkmənistanda geniş ad qazanmış «Qurbanbibinin adamları»na məxsus idi. Məlumata görə, Aşqabad istintaq materiallarında toplanmış ifadələrdə, Xəzərin Azərbaycan sektorunun da adı çəkilir… Qurbanbibinin bakılı tanışlarından olan iş adamlarının ünvanları nişan verilir.
Araşdırma materiallarında bu aydın olub ki, Türkmənistanda sensiyalı bir iş olan «Narkoiş»də Qazaxıstana, RF-ə, İrana,.. Azərbaycana məxsus dəniz nəqliyyatı da iştirak edib.
Əldə etdiyimiz məlumatlardan bəlli olur ki, Astanada yaşayan əhalinin 32,4%, Aşqabadda 36,6%, Moskvada 49,2%, Tehranda 29,9%, Bakıda isə 27,8 faizi… müxtəlif növ narkotik maddələrdən istifadə edir. ABŞ Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən «Narkotik maddələrə qarşı mübarizə idarəsi»nin (Drug Enforcement Administration) məlumatına görə, Orta Asiya və Cənubi Qafqaz regionlarının təhsil müəssisələrində narkotik maddələrin məxfi satışı və istifadəsi halları artıb. Məsələn, təkcə RF təhsil sistemində bu məsələnin qurulması və yayılması üçün 419 cinayətkar qrup iş görür…
Qazaxıstanda isə belə bədnam qrupların sayı 122-yə, Türkmənistanda 158-ə, Azərbaycanda isə 73-ə çatıb. İdarənin əməkdaşı polkovnik Uilyam Olbrayt hesabatında qeyd edir:»…Orta Asiya və Cənubi Qafqazdakı təhsil sistemini bürüməkdə olan bu bəlaya qarşı xüsusi proqram işlənilməlidir. Yalançı işbazların proqramlarından imtina etmək lazımdır…»
Hesablamalara görə, «Demokratiyanın inkişafı» xəttilə Açıq Cəmiyyət İnstitutunun (ABŞ) Orta Asiya regionlarında (əsasən Türkmənistan və Tacikistanda) təhsil sistemi üçün ayırdıqları 932 kompüter sisteminin 70,5%-i xəlvəti olaraq beynəlxalq narko qrupların «xəttinə çıxıb». Yəni məktəblərdə quraşdırılmış kompüter sistemləri»nə soxulan narko qruplar öz «malları»nı şagird və tələbələrə təklif edir, onları əməkdaşlığa çağırır.
Azərbaycanda da təhsil sisteminin «kompüterləşmə»si prosesi gedir. Məlumata görə, bu istiqamətdə Azərbaycan tərəfinin təhsil sistemində heç bir təhlükəsizlik proqramı yoxdur. Düşənbə və Aşqabad variantının olması labüddür. Məlumata görə, beynəlxalq narkotranzit keçidlərindən olan Kali, Medelin, Los Lyanov «Narkobiznesi»ndə Xəzər dənizi və onun regionları üstünlük təşkil edir. Ötən əsrin 80-ci illərində formalaşmış Medelin narko xəritəsində Azərbaycan, Türkmənistan, Qazaxıstan, RF, İran üstünlük təşkil edir. Kali beynəlxalq narkoqrupu isə Kali-Rapa-Yerevan-Dəməşq-Tehran-Bağdad-Ankara marşrutunu genişləndiriblər. Bu narko-xəttə artıq Ər-Riyad, Dubay, Küveyt… regionları da qoşulub.
Araşdırmalarımıza görə, Narino və Tolimada (Kolumbiya) üst-üstə 25 min hektar sahədə narkotik əkin sahələri var ki, onun da 11 min hektarına «Ter-Qriqoryan qrupu» başçılıq edir. Narino-Moskva, Moskva-Yerevan, Yerevan-Beyrut… narko əlaqələri 2013-cü ilin məlumatına görə 7,6 dəfə artıb. «Əl-Karakol» ləqəbli Alberto Qambay, məlumata görə, 2012-ci il mayın 17-də Tehranda, mayın 22-də Təbrizdə və iyunun 3-də isə ermənilər tərəfindən işğala məruz qalmış Dağlıq Qarabağ ərazilərində olub. Xüsusi 2004-cü reyslə Yerevana uçan bu adam işğal olunmuş ərazilərimizdə ermənilərlə iş qurmağa müvəffəq olub («Əl-Karakolun adı Baqdasaryan qardaşlarının ifadələrində də çəkilir).
Araşdırmalarımıza görə, narkobiznes şəbəkəsi 2011-ci ildən başlayaraq dəniz, çay, okean sularından istifadə edərək, öz ticarətini genişləndirir. Hesablamalara görə, narkoticarətin su nəqliyyatı vasitəsilə qeyri-qanuni alınıb-satılması, daşınmasından hər il 380 milyard dollar gəlir götürülməsi ehtimalı var.
[email protected]