Muəllif:

Yeni kriminal kəşf: «kartof-telefon»lar

Yeni kriminal kəşf: «kartof-telefon»lar oktyabrın 8-də Qobustan həbsxanasında üzə çıxarılıb. Qobustan Həbsxanasında cəza çəkən məhkum Surac Hüccət oğlu Hüseynova vətəndaş Namid Əfrail oğlu Kəlbiyevin gətirdiyi sovqata baxış keçirilən zaman 3 ədəd kartofun içərisinə ayrı-ayrılıqda xüsusi üsulla yerləşdirilmiş 1 ədəd «Nokia E-72», 1 ədəd «Nokia-106» markalı mobil telefon aparatları və 1 ədəd qulaqcıq aşkar edilərək götürülüb.
31 yaşlı S.Hüseynov CM 234.4.2 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma; təkrar törədildikdə); 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma; külli miqdarda törədildikdə) və 93.1.4-cü (Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin əsasları; cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər) maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 197