Muəllif:

Yeni A-98 markalı benzin istehsalı mümkün olacaq

Azərbaycanda yeni marka benzin istehsalına başlanılacaq. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 059-2001 «Etilsiz avtomobil benzinləri» dövlət standartına dəyişiklik edib. Komitədən cümə günü Trend-ə verilən məlumata görə, standarta edilən dəyişiklik bu il aprelin 1-dən tətbiq ediləcək.
Dəyişikliyə əsasən, standartın adı yeni redaksiyada — «Avtomobil benzinləri. Texniki şərtlər» kimi ifadə edilib. Standartın «Markalar üçün norma» bəndinə «A-98 markası» əlavə edilib. Standarta A-98 markalı benzinin detonasiya davamlılığı, sıxlığı, fraksiya tərkibi, doymuş buxarın təzyiqi, turşuluğu, kükürdün kütlə payı və s. göstəricilər üzrə normalar və sınaq üsulları da daxil edilib.
Mövcud dövlət standartına əsasən üç markada avtomobil benzini — A-80, A-92 və A-95 istehsal edilir. Bu dəyişikliyə əsasən ölkəmizdə daha keyfiyyətli, oktan xarakteristikasını artıran komponentləri olan A-98 markalı benzinin istehsalı da mümkün olacaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 204