Muəllif: Redaksiya
Yazıçılar seçkiyə dair mövqe sərgiləyiblər
Yazıçılar Birliyi (AYB) Katibliyinin qarşıdakı prezident seçkilərilə bağlı geniş iclası keçirilib. Bu xəbər Turan-a AYB-dən verilib. Toplantı iştirakçıları seçkilərin demokartik keçiriləcəyinə ümid etdiklərini deyiblər. Bundan əlavə, seçki təbliğatı ilə bağlı teledebatların sivil, etik çərçivədə keçirilməsinin vacibliyi vuğulanıb. Toplantı iştirakçıları “Azərbaycan payızı heç vəchlə “ərəb baharı”na çevrilə bilməz”, — kimi situasiyaya uyğun olmayan mövqe ifadə ediblər.
Bundan əlavə, toplantı iştirakçıları qarşıdakı prezident seçkilərində indiki dövlət başçısı İlham Əliyevə dəstək mövqeyi ifadə ediblər. Yazıçılar Birliyi ədəbi ictimaiyyətə qarşıdakı seçkilərdə İ.Əliyevi dəstəkləmək müraciəti ediblər.
Bölüm: Mədəniyyət
Oxunma sayı: 116