Muəllif:

Yazıçı Gülhüseyn Hüseynoğlu həyata vida etdi

Xalq yazıçısı Gülhüseyn Hüseynoğlu 90 yaşında həyata vida etmişdir. Yazıçı dünən saat 22:30 radələrində dünyasını dəyişib. Gülhüseyn Hüseynoğlu 1923-cü ilin oktyabrın 16-da Masallı rayonunun Mollaoba kəndində anadan olub.

3-4 yaşında ikən ailəsi Bakıya köçdüyündən orta təhsilini burda alıb. 1947-ci ildə ADU-nun filologiya fakültəsini bitirib, aspiranturaya qəbul olunub, lakin şəxsiyyətə pərəstiş dövründə həbs olunub, 25 il azadlıqdan məhrum edilib. 1956-cı ildə ona tam bəraət verilmiş, aspiranturaya bərpa olunub. Universitetdə müəllim saxlanıb. Universitetin Azərbaycan sovet ədəbiyyatı kafedrasının professoru, filologiya fakültəsi elmi şurasının üzvü olub. «Ana» adlı ilk hekayəsi 1944-cü ildə, «Bənövşə əfsanəsi» adlı ilk mənsur şeri isə 1946-cı ildə çap olunub.

M. Müşfiq barədə elmi monoqrafık əsərin, çoxlu tədqiqat xarakterli məqalələrin müəllifidir. Oçerk, povest və elmi-tədqiqat əsərləri yazsa da, bədii yaradıcılığında mənsur şeir və hekayə başlıca yer tutur. Azərbaycan ədəbiyyatında mənsur şerin yaradıcısı kimi tanınır. Azərbaycan Yazıçılar İttifaqının V qurultayından idarə heyətinin üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin X qurultayında YB nəsr bölməsinin rəhbəri seçilib. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunub. Otuza yaxın kitabı kütləvi tirajla buraxılıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 1,00 из 10)
Oxunma sayı: 214