Muəllif:

Yaşar Cəfərliyə hücum edənlərdən biri tutulub

Yaşar Cəfərliyə hücumla bağlı polisin təhqiqat apardığı bəlli olmuşdur. “Aprelin 3-də tibbi-ekspertizadan keçdim, yəqin 2-3 günə nəticələri alacağam”. Bu sözləri Turan-a aprelin 2-də axşam saatlarında fiziki hücuma məruz qalan “Ehtiyatda və İstefada olan Zabitlər” birliyinin rəhbəri Yaşar Cəfərli bildirib.
Cəfərli hücum edən şəxslərdən birinin şəxsiyyətinin müəyyənləşdirildiyini, bu şəxsin Elxan Hacıyev adlı adam olduğunu və hazırda 29 saylı polis bölməsiondə saxlandığını deyib. Hadisə ilə bağlı polis təhqiqatı aparılır, təhqiqatın nəticəsi prokurorluğa təqdim ediləcək.
Cəfərli aprelin 2-də saat 22 radələrində yaşadığı binanın önündə iki naməlum şəxsin hücumuna məruz qalıb. Yaxındakı vətəndaşların köməyilə hücum edən şəxslərdən biri saxlanılıb və Yasamal rayon 29 saylı polis bölməsinə təhvil verilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 148