Muəllif:

Yarım milyonu mənimsədi, 11 il cəza aldı

Mənimsəməkdə təqsirli bilinən Qəhrəman Hüseynovun apelyasiya şikayəti üzrə məhkəmə keçirilib. Onun şikayətinə Şirvan Apelyasiya Məhkəməsinin cinayət işləri üzrə kоllegiyasında baxılıb. Qəhrəman Hüseynov 2008-ci ilin sentyabrından 2010-cu ilin fevralınadək olan müddət ərzində “Nikoyl–İKB” ASC Lənkəran filialının kənd özəl məsləhətçisi kimi fəaliyyət göstərdiyi dövrdə cəmiyyətə məxsus 475 min 334 manat 89 qəpik məbləğində pul vəsaitini mənimsəməyib.
Qəhrəman Hüseynova qarşı ilkin istintaq hərəkəti 2010-cu ilin martın 3-də Lənkəran Rayon Prokurorluğunda başlanılıb, 2010-cu ilin aprelin 6-dan Korrupsiyaya Qarşı Mübarizə İdarəsində davam etdirilib və 2011-ci il iyun 29-da isə iş məhkəməyə göndərilib.
O, CM 179.3.2 (Mənimsəmə və ya israf etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə; Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə təqsirləndirilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qəhrəman Hüseynov cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Hakim Qəzənfər Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin bəraət istəməsi ilə bağlı apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Qəhrəman Hüseynovun apelyasiya şikayəti təmin edilməyib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 256