Yarat! «PARTICIPATE» Baku Public Art layihəsini təqdim edir
«YARAT!» müasir incəsənət məkanı birinci «012 Baku Public Art» festivalının uğurlarından ilhamlanaraq «PARTICIPATE» Baku Public Art layihəsini təqdim edir. Bu layihənin açılışı martın 15-də olacaq və Azərbaycan və xarici rəssamların 10 əsərini özündə cəmləşdirən festivalın keçirilməsindən ibarətdir. «PARTICIPATE» Baku Public Art layihəsinin məqsədi, müasir şəhərlər üçün «Public Art»ın rolu və əhəmiyyəti haqqında müəyyən təsəvvürləri təkmilləşdirmək, Azərbaycanda müasir incəsənət anlamını daha da dərinləşdirməkdir.
Azərbaycan, Rusiya, Böyük Britaniya, ABŞ, Gürcüstan və Hollandiyadan olan rəssamların əsərləri növbəti altı ay ərzində şəhərimizin müxtəlif yerlərində nümayiş etdiriləcəkdir. Festival əsərləri sırasına ABŞ-dan yaradıcı qrup Rebarın səyyar, fiziki guc ilə hərəkət etdirilə bilən park — «PARKCYCLE», Hollandiyadan Florentin Hofmanın hava ilə doldurulmuş nəhəng «REZİN ÖRDƏK» və Azərbaycandan Afət Bağırovanın fəlsəfi-etiraf əsərləri daxil edilmişdir. Festivalı xarakterizə edən əsas cəhətlərdən biri də onun master-klasslarla müşayiət olunması və izləyicilərin iştirakıdır.
Festival iştirakçıları,
Azərbaycandan:
Afət Bağırova
Çingiz Babayev
Fərhad Haqverdiyev
Orxan Məmməd
Səbinə Şıxlinskaya
Xarici ölkələrdən:
Nailə Allahverdiyeva (Rusiya)
Rebar qrupu (ABŞ)
«Bulyon» qrupu (Gürcüstan )
Florentijn Hofman (Hollandiya)
Patrisio Forester və Artmongers (Böyük Britaniya)
«PARTICIPATE» Baku Public Art festivalın açılışı bu il ölkəsini rəsmi olaraq Venesiya Biennalesində qurulan «Gürcüstan pavilyonu» ilə təmsil edən «Bulyon» qrupun «Mənzil 9» əsərinin təqdimatı ilə olacaqdır. Rəssamlar festival qonaqlarının sərbəst hərəkətlərini məhdudlaşdıraraq tam bir mənzili ağ rəngə boyayacaqlar. Bu təqdimat ictimai məkanda şəxsi azadlıq təəssüratlarını yaradacaq və bizi Sovet və post-Sovet dövrlərinin reallıqlarına aparacaqdır. Rəssamlara görə, «Sovet İttifaqı dövründə ictimai məkan anlayışı mövcud olmamışdır. «İctimai məkan» anlayışı siyasi təbliğatın aparılması məqsədilə istifadə olunmuşdur.
Florentiyn Hofman 12 metr uzunluğunda «Rezin Ördək» adlı əsəri festivalın proqramına xüsusi şuxluq və yumor hissi gətirəcəkdir. Hava ilə doldurulan nəhəng fiqur, uşaqlıqla bağlı xoş xatirələri canlandıracaq və çoxlu tamaşaçıların qəlbində rəğbət doğuracaqdır. Rəssamın qeyd etdiyi kimi: «Bu əsərin dərin şəxsi, eyni zamanda ümumi olan özəlliyi vardır ki , bu da mədəni, dil və yaş həddini aradan qaldırmağa imkan verir.» «Rezin Ördək»lə gözlənilməz qarşılaşma tamaşaçılarda həm sevinc və həm də təəccüb hissi yaradacaq, bizim şəhər mühütündə müasir incəsənət haqqında təsəvvürlərimizi tamamilə dəyişdirəcəkdir.
ABŞ-ın Rebar qrupunun yaratdığı «Parkcycle» əsəri əslində Bakı küçələrində gəzdiriləcək bir ağaclı kiçik səyyar parkdır. Müəlliflər tərəfindən «ictimai yerlərdə insan tərəfindən idarə olunan sistem» kimi təsvir olunan bu əsər, ilk dəfə 2007-ci ildə San-Fransisko şəhərində yaradılıb və yerləşdiyi yerdə insanların yaşıl sahələrə çıxış əldə etməsini asanlaşdırıb. Rebar qrupun bu parkı Bakı şəhərinə gətirməkdə məqsədi yaşıl sahələrin nə qədər əhəmiyyətli olduğunu təqdim etməkdir.
Yerli, Azərbaycan rəssamlarının təqdim edəcəyi layihələrə gəldikdə, Bakıda yaşayan və işləyən insanlarının həyatını əhatə edən Afət Bağırovanın yaratdığı «Sirrini Mənə Söylə» əsərində tamaşaçılara qulaq şəklində qurulan guraşdirma təqdim edilir. O, tamaşaçılara öz sirlərini danışmaq, eyni zamanda əsərin digər tərəfində yerləşən qulaqlıqlar vasitəsilə müxtəlif insanların sirlərinə qulaq asmaq imkanını yaradır.
Orxan Məmməd «VİP keçid» adlı əsərində Bakı şəhərində yol-nəqliyyat problemlərini təsvir etmişdir. Bunun üçün o, Bakı şəhərində bir o qədər istifadə olunmayan keçidləri bəzəyəcək, » VİP qırmızı xalça» effektini yaradacaqdır.
Rəssam Çingiz Babayevin yaratdığı fəlsəfi multimedia «Müsbət ya Mənfi?» adlı layihəyə uyğun olaraq, sakinlərinin əhval-ruhiyyəsi sorğu-sual ediləcək və bununla onların emosiyaları izhar olunacaqdır.
Fərhad Haqverdiyev isə, əksinə olaraq, Bakıda ən özəl və ən baxımsız sayılan məkandan — arxa həyətdən bəhs edəcək. Azərbaycan paytaxtında bina fasadlarının bəzədilməsinə cavab olaraq, rəssam çox zaman nəzarətsiz buraxılan özəl sahələri əlvan rənglərə boyamaqla, həyətlərə ictimai marağın artırılmasına nail olmağa çalışır.
«PARTICIPATE» Baku Public Art festivalı 6 ay ərzində texniki üslubuna və mənasına görə fərqlənən çoxsaylı ictimai tədbirlər keçirməklə Bakı şəhərində müəyyən dəyişiklər etmək qərarına gəlib. Rəssamlar şəhər əhalisi ilə ünsiyyət yaratmaqla sosial və yaradıcılıq baxımından təkmilləşdirmə işlərini həyata keçirmək niyyətindədir.
Aidə Mahmudova tərəfindən 2011-ci ildə təsis edilmiş YARAT! Müasir İncəsənət Məkanı, Azərbaycanda müasir incəsənət anlayışının yayılmasına, ölkədə və onun hüdudlarından kənarlarda Azərbaycan incəsənətinin platformasını qurmağa çalışan qeyri-kommersiya təşkilatıdır.
Rəssamların yaratdığı əsərlər sırasında Nailə Allahverdiyevanın kurator layihəsi «Cumanci Arzusu»nda məqsədi çoxsaylı heyvan heykəlləri vasitəsilə heyvanlar aləminin şəhər mühitində yerləşdirilməsinə nail olmaqdır. O, heyvanlar aləminə qarşı olan ikili münasibəti təsvir etməklə, bir tərəfdən ideallaşdırma və həsrət, digər tərəfdən isə, nəzarət və qorxu hisslərini izhar edir. Nailə Allahverdiyeva müasir janrı yaratmağa çalışır və bununla da animalizmin gündəlik həyatımıza nə dərəcədə yaxın olduğunu yada salmaq istəyir.
Səbinə Şıxlinskaya «Planeti Xilas Edək» səyyar ekoloji layihəsində isə rəssam, şəhər avtobusunu avtovağzal dayanacağında park edilmiş, plastik qutuları yığan nəqliyyat vasitəsinə çevirməklə, əhalini ekoloji məsələlərlə bağlı məlumatlandırmaq niyyətindədir. Üstü qrafiti üslübunda bəzədilmiş avtobus, avtovağzalda yerləşən müxtəlif dayanacaqlarda park olunacaq və bu zaman əhali arasında məlumat bukletləri paylanılacaqdır.