Yaponiyada şişman olmaq, Sinqapurda küçədə saqqız çeynəmək yasaq…
Bir sıra ölkələrdə bizə görə ekzotik, əslində isə ibrət götürüləsi, düşündürücü qanunlar varmış. Onlardan bəziləri:
Norveçdə yerləşən Lonqyirbyen qəsəbəsində ölmək qeyri-qanunidir. Buna səbəb qütbarxası əbədi buzlaq torpaqlarda cəsədlərin çürüməməsidir. 70 ildir ki, qəsəbə qəbiristanlığında yeni ölü dəfn edilməyib. Trend xəbər verir ki, Sinqapurda saqqız çeynəmək 1992-ci ildən yasaqdır.
Durian adlı ekzotik meyvə Bruney, İndoneziya və Malaziya kimi ölkələrdə çox sevilir. Ancaq meyvəni avtobus, metro, otel və aeroportlarda yemək tamamilə yasaq edilib. Buna səbəb kimi meyvənin kəskin qoxusu göstərilir.
Danimarkada restoranlarda əhali özünü «doymuş» hesab etmirsə, onda yeməyin hesabını ödəməyə də bilər.
Britaniyada 1876-cı ildə qəbul edilən gömrük qanununa əsasən, gömrük işçilərini məhkəməyə vermək olmaz.
Yaponiyada kök olmaq yasaqdır. Dünyada ən az piy göstəricisinə malik ölkə olmalarına baxmayaraq, Yaponiya daha da irəliyə gedərək kökəlməyə qarşı sərt qanunlar qəbul edib. Burada 40 yaşından aşağı olan hər bir kişinin bel ölçüsü 80 sm, qadınınki isə 90 sm-i keçə bilməz.
Tailandda evdən alt paltarı geyinmədən çıxmaq, köynəksiz avtomobil sürmək, milli valyutanı tapdalamaq olmaz. Bundan əlavə, ölkə kralını təhqir edənləri isə 15 ilə yaxın həbs cəzası gözləyir.
Danimarkada hər dəfə avtomobili işə salmazdan öncə mütləq sürücülər avtomobilin altında uşaq olub-olmadığını yoxlamalıdır. Bu ölkədə həbsdən qaçmaq da qanuna zidd deyil.
Dünyanın müxtəlif yerlərində içki içməklə bağlı çoxlu qəribə qanunlar var. Məsələn, Sent-Luisdə şəhər küçələrində oturub pivə içmək olmaz, Çikaqoda isə şəhərin istənilən yerində ayaq üstə içki içən şəxs həbs edilə bilər. Klivlenddə isə bir nəfərdən artıq adam viski şüşəsindən içki içə bilməz.
Kolumbiyanın paytaxtı Boqotada «Atını və eşşəyini təhvil ver, maşın götür» kampaniyasına start verilib. Layihənin məqsədi şəhəri iribaş heyvanlardan təmizləməkdir. Məlumata görə, şəhər rəsmiləri heyvan sahiblərinə yeni avtomobil, pul verir və ya biznes fəaliyyəti üçün onlara imkanlar yaradırlar. Yaşlılar və xəstələr üçün nəzərdə tutulan xüsusi bir varianta görə isə bu şəxslərin yaşadıqları ev təmir olunur.