YAP Human Rights Watch-u qərəzçilikdə suçladı
Hakim partiya Human Rights Watch təşkilatını məlum bəyanatını qəbul etmir və bu qurumu qərəzçilikdə suçlayır. Onlar iddia edirirlər ki, Human Rights Watch hüquq müdafiə və digər bu kimi qurumlar sadəcə haradasa müxalifət mətbuatlarından və ağızdan eşitdikləri məlumatları toplayıb Azərbaycan haqqında mənfi rəy formalaşdırırlar. Məsələn, YAP icra katibinin müavini Mübariz Qurbanlı belə düşünür.
Qurbanlının sözlərinə görə, detallara varsaq, təhlillər aparsaq görərik ki, bu hesabatlar heç də Azərbaycan reallıqlarını əks etdirmir (Trend).
«Beynəlxalq aləmdə təşkilatlar var və həmin təşkilatlar zaman-zaman müxtəlif hesabatlar yayırlar. Bu hesabatlara çox da diqqət yetirmək lazım deyil, çünki bu hesabatlar birtərəfli hazırlanır və Azərbycandakı real vəziyyəti əks etdirmir. Ona görə də biz bu cür hesabatları tənqid edirik. Hesab edirik ki, həmin hesabatları hazırlayan və bu hesabatları tərtib edən şəxslər Azərbaycana gəlib, müxtəlif qurumların nümayəndələri ilə görüşlər keçirməlidirlər və bu görüşlərdə vəziyyəti yerindəcə təhlil edərək, bundan sonra hesabatı hazırlamalıdırlar», — deyə qurbanlı bildirir.