Muəllif:

Yalta yolunda 2 azərbaycanlı velosipedçi vurulub

Krımın Yalta şəhəri (Ukrayna) yaxınlığında yol-nəqliyyat hadisəsində xəsarət almış Azərbaycan vətəndaşlarının şəxsiyyəti müəyyənləşib.

Dünən Yalta-Sevastopol yolunda avtomobil Azərbaycan vətəndaşları olan iki velosipedçini vurub. Avtomobil sahibi hadisə yerindən qaçıb. Krım Azərbaycan Cəmiyyətinin sədri Rəhim Hümbətov yol qəzasında xəsarət alanların kimliyini müəyyənləşdirib.

Hümbətov Trend-ə deyib ki, xəsarət alanlar 24 yaşlı Nağıyev Elvin Ələsgər oğlu və 17 yaşlı Mustafazadə Fərid Zülfi oğludur: «Yalta şəhər xəstəxanasının cərrahiyyə şöbəsindən mənə dedilər ki, tibbi yardım göstərildikdən sonra xəsarət alanlar müalicənin davam etdirilməsi üçün şəhər poliklinikasına göndərilib».

Krım yol polisinin mətbuat xidmətindən verilən məlumata görə, Sevastopol sakininin idarə etdiyi «Ford Kuga» avtomobili saxlanılıb. Qadın sürücü bazar günü saat 11:45-də Yalta-Sevastopol avtomobil yolunda velosipedçiləri vurub və hadisə yerindən qaçıb. Görülən tədbirlər nəticəsində sürücünün kimliyi müəyyənləşdirilərək saxlanılıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 142