Xüsusi əməliyyatın TİKA-ya heç bir aidiyyəti yox imiş
Turan informasiya agentliyi şahidlərin guya sentyabrın 6-da Türkiyə İşbirliyi və Koordinasiya Ajansının (TİKA) ofisində silahlı və qara maskalı şəxslərin əməliyyat keçirib və bir neçə nəfəri saxlaması barədə verdiyi məlumatla bağlı araşdırmasını davam etdirmişdi.
Öncəki xəbərdə yanlışlığa yol verilmişdir. Əldə etdiyimiz dəqiq məlumatlara görə, əməliyyatın TİKA ilə heç bir əlaqəsi yoxdur və əslində sözü gedən hərəkətlər TİKA ilə bir binada yerləşən digər şəxsi mülkdə aparılmışdır və saxlanılanlar da Türkiyə deyil, Azərbaycan vətəndaşlarıdır.
Ümumiyyətlə TİKA-nın türk iş adamlarının Azərbaycandakı fəaliyyəntləri ilə heç bir əlaqəsi yoxdur.
TİKA Türkiyə hökuməti nəzdnində fəaliyyət göstərən texniki yardım təşkilatıdır və Azərbaycanın rəsmi dövlət qurumları, о cümlяdяn İqtisadi inkişaf nazirliyi ilə əməkdaşlıq edir.