Muəllif:

Xorvatiya ərazi bütövlüyümüzü tanıyır və Azərbaycanda səfirlik açır

Xorvatiya ərazi bütövlüyümüzü tanıyır və Azərbaycanda səfirlik açmağı planlaşdırılır. Bu barədə Bakıda səfərdə olan Xorvatiya parlamentinin spikeri İosip Leko bəyan edib. Hazırda bununla bağlı iki ölkə arasında danışıqlar gedir. Onun başçılıq etdiyi heyətdən bildiriblər ki, artıq Prezident İlham Əliyev ilə İosip Leko arasında bu günkü görüşdə bu məsələ siyasi həllini tapıb və qısa zamanda maliyyə məsələlərini həll edərək səfirliyin açılmasına nail olunacaq. Bu gün isə Xorvatiya Azərbaycanda konsulluq səviyyəsində təmsil olunur, Azərbaycanın isə Xorvatiyada artıq səfirliyi fəaliyyət göstərir.

Xorvatiya parlamentinin sədri bəyan edib: “Xorvatiya dəfələrlə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyini ortaya qoyub. Xorvatiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və tanımaqda davam edəcək. Biz eyni siyasəti Avropa Birliyinin üzvü kimi də həyata keçirəcəyik”.

İosip Leko jurnalistlərə açıqlamasında deyib ki, ölkəsi Avropa Birliyinin üzvü kimi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Minsk qrupunun mövqeyini dəstəkləyir:
“Xorvatiya heç vaxt birtərəfli referendum keçirmək cəhdlərini tanımayacaq. Biz münaqişənin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində həllinin tərəfdarıyıq. Xorvatiya bu məsələdə xarici siyasətini Avropa Birliyinin siyasətinə uyğun qurur”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 164