Muəllif:

Xocalıdan meyitləri daşımış pilot xatirələrini qələmə alır

Xocalı soyqırımından sonra meyitləri daşıyan vertolyotun ukraynalı pilotu savaş xatirələrini qələmə alır və onları çap etdirəcək. Keçmiş SSRİ Hərbi Hava Qüvvələrinin pilotu Leonid Markoviç Kravetsin bu xatirələri xidmət illərinin Dağlıq Qarabağ müharibəsi və Xocalı soyqırımı ərəfəsini əhatə edir. 1989-93-cü illərlə bağlı “Dağlıq Qarabağ haqqında xatirələrim” adlı bu kitab əslində bir şahid ifadəsi olacaq və o hadisələrə kənar gözlə baxışdır.

Kravetsin vu niyyəti barədə Ukrayna Azərbaycanlıları Konqresində (UAK)
bilirlər və onun bu nəcib təşəbbüsünə dəstək veriləcək, deyə APA-nın xəbərində deyilir.

UAK sədri Rövşən Tağıyev bu xüsusda bildirib ki, kitabda müəllif həmin dövrlərdə şahidi olduğu, indiyədək cəmiyyətə məlum olmayan, yaxud az bəlli olan hərbi və siyasi olaylara yer verəcək.

Ehtiyatda olan zabit, hazırda Ukraynanın tanınmış iş adamlarından olan L.Kravets 1991-ci ilin sonlarında münaqişə bölgəsinə Rusiya prezidenti Boris Yeltsin, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Azərbaycan prezidenti Ayaz Mütəllibovu aparan vertolyotun pilotu olub. Keçmiş pilot Azərbaycan və Ermənistanın o dövrkü siyasi rəhbərliyi ilə yaxın təmasda olub və bununla bağlı maraqlı xatirələri var. O, Xocalı soyqırımının ertəsi günü məlum kadrlarda meyitlərin yığılması zamanı yeganə vertolyotu idarə edərək, o dövrdə bütün siyasi-hərbi çəkişmələrin canlı şahidi olub. Xocalıdan savayı Dağlıq Qarabağ və ətraf rayonlarda müxtəlif aylarda müxtəlif bölgələrdən kütləvi şəkildə qırılmış azərbaycanlıların meyitlərinin daşınmasında iştirak edib.

Leonid Kravets peşəkar pilot olduğu üçün 1989-cu ildəSSRİ-nin Uzaq Şərq hərbi dairəsindən göndərilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 172