Muəllif:

Xocalı iıə bağlı Putinə müraciət ediləcək

Xocalı soyqırımına hüquqi və siyasi qiymət verilməsi üçün Putinə müraciət edəcəyik.Bu sözləri Rusiya paytaxtında ölkənin ictimai və hüquq-müdafiə təşkilatlarının Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı görüşündə Abbas Abbasov demişdir (APA).Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti (“AzerRos”) və Rusiya Azərbaycan Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilən görüşdə Rusiyadakı Azərbaycan diasporu və səfirliyinin təmsilçiləri, politoloqlar və ziyalılar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “AzərRos” prezidenti Asif Məhərrəmov və təşkilatın Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Xocalı soyqırmı barədə danışıblar. A. Abbasov hadisənin şahidlərindən olduğunu, orada gördüklərini unuda bilmədiyini deyib:

“Biz bu soyqırımın necə baş verdiyini və kimlər tərəfindən törədildiyini bilirik. Dünyada belə soyqırımlar olub və onları törədənlər üstündən neçə il keçməsinə baxmayaraq öz cəzalarını alıblar. Gec-tez bunu törədən erməni terrorçuları da öz cəzalarını alacaqlar. Bu bəyanatı verməklə biz, Rusiyada azərbaycanlıları kiməsə qarşı qaldırmırıq. Məqsədimiz Xocalı soyqırımına hüquqi və siyasi qiymətin verilməsidir”.

A. Abbasov Rusiyada yaşayan azərbaycanlılar adından prezident Vladimir Putinə Xocalı soyqırımına hüquqi və siyasi qiymətin verilməsi üçün müraciət etmək istədiyini bildirib: “Biz buna təəssüf edirik ki, artıq Rusiya prezidentinin vasitəçiliyi ilə üçtərəfli görüşlər keçirilmir. Ona görə də Rusiya prezidentinə Dağlıq Qarabağ probleminin həllində səylərini gücləndirməklə bağlı müraciət edirik”.

Tədbirdə çıxış edən Ocaq cəmiyyətinin sədri, professor Tofiq Məlikli deyib ki, Xocalıda törədilmiş soyqırımında məsuliyyət daşıyanların cəzasız qalmaları gələcəkdə də oxşar cinayətlərin təkrarlanmasına təkan verə bilər: “Biz beynəlxalq ictimaiyyəti israrla insanlığa qarşı törədilmiş ən qəddar cinayətlərdən birinə — dinc Xocalı şəhərindəki soyqırımına hüquqi qiymət verməyə çağırırıq.”

Rusiyalı politoloq Qriqori Trofimçuk isə Xocalı faciəsinə hüquqi və siyasi qiymətin verilməsinin önəmli olduğunu söyləyib. Ermənilərin Xocalıda aeroprtu istismara vermək niyyəti haqqında danışan politoloq bu məsələdə Qərbi təqsirləndirir.
Abbas Abbasov «erməni terrorçularından» söz edir, lakin ortada erməni terrorcularına satılmış, onların əlində oyuncağa cevrilmiş 366-cı Rusiya alayını xatırlatmaqdan çəkinir. Halbuki bu Alayın və onun komandirlərinin bu soyqırım hadisəsində bilavasitə iştirakları var və ortada hərbi cinayət faktı mövcuddur. Rusiya rəhbərliyi buna hüquqi və siyasi qiymət verməyə və nəticənin aradan qaldırılmasına mənən hazırdırmı?

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 153