Muəllif:

Xızıda yük maşını dərəyə uçub: ölən və yaralanan var

Xızıda ağır yol qəzası baş verib — yük maşını dərəyə uçub. Ölən və yaralanan var.
Hadisə bu gün saat 11.00 radələrində Xızı rayonu, Tıxlı kəndində qeydə alınıb — “Shacman” markalı yük avtomobili dərəyə yuvarlanıb. Nəticədə sürücü xəsarət alıb, sərnişin — 80 yaşlı Əfsər Quliyev hadisə yerində keçinib. Yanğınsöndürən-xilasedicilər xəsarət almış şəxsi və Quliyevin cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 123