Muəllif: Redaksiya
XİN Volqoqradda törədilmiş terror aktlarını pislədi
Xarici İşlər Nazirliyi Vilqoqrad şəhərində törədilən teraktlar ilə bağlı bəyanat yayıb, deyə XİN mətbuat xidməti xəbər verir. Bəyan edilir ki, nazirlik Volqoqrad şəhər dəmiryol vağzalında və ictimai nəqliyyatda baş vermiş terror aktlarını qəti şəkildə qınayır, bu terror əməlləri nəticəsində həyatlarını itirmiş şəxslərin ailələrinə və yaxınlarına və Rusiya xalqına başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını arzuladığını bildirir.
“Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini pisləyir” — deyə bəyanatda vurğulanır.
Bundan öncə prezident Əliyev Volqoqradda terakt nəticəsində insan tələfatı ilə bağlı prezident Putinə başsağlığı ünvanlamışdı.
Bölüm: Siyasət
Oxunma sayı: 137