Muəllif:

XİN: Al Banonun müraciətinə baxılacaq

XİN «arzuolunmaz şəxslər» siyahısında adı olan dünya şöhrətli Al Bano ölkəmizin İtaliya səfirliyinə məktubla müraciət edib. Bu barədə XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Trend-ə bildirib.
Onun sözlərinə görə, müğənni müraciətdə adının «qara siyahıda» olmasından təəssüfünü ifadə edib. «Al Banonun adı Azərbaycan Xarici İşlər Nazirliyinin «arzuolunmaz şəxslər» siyahısındadır. İtaliyalı sənətçi müraciətində ümumiyyətlə regionda mövcud olan problemdən, Ermənistan- Azərbaycan münaqişəsindən xəbərsiz olduğunu vurğulayıb və onun Azərbaycan Respublikasına böyük hörmət və rəğbət bəslədiyini bildirib. O siyasi məqsəd güdmədiyini, bir musiqiçi olduğunu qeyd edib. Azərbaycana yenidən səfər etməyin onun üçün keçmişdəki kimi böyük şərəf olduğunu, gözəl Azərbaycan xalqına öz musqisi və dərin ehtiramını təqdim etdiyini vurğulayıb. Azərbaycan tərəfinin onun bu şərəfə yenidən nail olmasına imkan verəcəyinə ümid etdiyini bildiurib».
Abdullayev rəsmi Bakının Al Banonun müraciətinə baxılacağını deyib.
«Bilirsiniz ki, Azərbaycan bu məsələyə çox ciddi və həssaslıqla yanaşır. Biz «arzuolunmaz şəxslər siyahısını» dərc edəndə də bəyan etmişdik ki, orda adı olan şəxslər işğal olunmuş ərazilərə səfərlərindən peşmançılıq keçirdiklərini və ölkəmizə hörmət və rəğbətlərini ifadə etdikləri təqdirdə, rəsmi Bakı həmin şəxslərin siyahıdan çıxrılması məsələsinə baxacaq». Bu siyahı əbədi deyil. Al Banonun adının siyahıdan çıxarılması qərarına gəldikdə Abdullayev XİN-in internet saytındakı siyahını izləyin deyə bildirdi.
Qeyd edək ki, dekabrın 18-də Bakıda San-Remo Festivalının iştirakçıları və qalibləri olmuş, Al Bano, «Ricci e Poveri» qrupu, Rikkardo Folyi, Umberto Totsi, Toni Espozito, Pupo, Matia Bazar, Al Bano, Fiordaliso, İvana Spanyanın «Crystal Hall»da ilk dəfə çıxış edəcəklər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 152