Muəllif:

Xəzərin suyunu ləzzətlə içəcəyik

Xəzərin suyu şirinləşəcək və dəniz suyunu ləzzətlə içəcəyik.
Yeni zavod dəniz suyunu duzsuzlaşdıraraq təmiz içməli su əldə etməyə imkan verəcək.
Dünyada içməli su probleminin kəskin xarakter aldığı bir vaxtda hökumət əhalinin su təchizatının yaxşılaşdırılması ilə bağlı belə bir mühüm addım atır və paytaxt sakinlərinin içməli su ilə təminatını Oğuz-Qəbələ-Bakı su kəməri ilə yanaşı, Xəzərin suyunu təmizləyərək təmin etmək niyyətindədir. Bunun üçün dəniz suyunu emal edən zavod məsələsi gündəmə gətirilib. Qeyd edək ki, hazırda fəaliyyətdə olan zavod test rejimində gündə 4-5 saat işləyir və bu günə kimi zavodun işində hər hansı problem yaranmayıb.
Beləliklə də dünyanın ən böyük gölü statusunu qazanan Xəzər indi hər birimiz üçün daha
şirin olacaq. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun sözlərinə görə, yeni zavod dəniz suyunu duzsuzlaşdıraraq təmiz içməli su əldə etməyə imkan verəcək. Hazırda ən müasir standartlara cavab verən zavodda suvarma üçün istifadə olunan su təmizlənir.
Ekoloq Telman Babayevin sözlərinə görə, dünyada qlobal su böhranının yaranmasını nəzərə alan bir çox ölkələr artıq 10 ilə yaxındır dəniz suyundan yararlanır. Bəzi dövlətlər içməli su təminatını həll etmək üçün dəniz suyunun təmizlənərək saflaşdırılması ilə bağlı layihələr həyata keçirir. Yaxın Şərq ölkələrinin bəziləri su problemini bu yolla həll edirlər. İsrail, Misir, İordaniya və digərlərində bir neçə ildir dəniz suyu saflaşdırılaraq əhalinin istifadəsinə verilir. ABŞ-ın Kaliforniya ştatında da bu məsələ aktuallaşıb və hökumət böyük proqramın həyata keçirilməsi barədə müsbət rəy verib. Qardaş Türkmənistan hökuməti də dəniz suyundan istifadə olunması barədə layihə üzərində işləyir. Eləcə də qardaş Türkiyədə dəniz suyundan istifadəyə dair layihələr hazırlanmaqdadır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 134