Muəllif: Redaksiya
Xəzərin hüquqi statusu Moskvada müzakirə ediləcək
Noyabrın 20-22-də Moskvada Xəzərin hüquqi statusunun müəyyən edilməsi üzrə işçi qrupunun növbəti iclası olacaq. Bu barədə Turan-a Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.
10 ildən çoxdur ki, işçi qrupu Xəzərin hüquqi statusu üzrə Konvensiya layihəsinin mətninə dair danışıqlar aparır. İranın mövqeyi ilə əlaqədar ölkələr arasında fikir ayrılığı qalır. 14% sahil xəttinə sahib olan İran dənizin 20%-nə iddia edir.
Digər problem isə milli sektorların qovuşuğunda yerləşən neft və qaz yataqları ilə bağlı İran, Azərbaycan və Türkmənistan arasındakı ziddiyyətdir.
Bu problem Azərbaycan, Rusiya və Qazaxıstan arasında həll olunub və dövlətlərarsı sazişlərdə əksini tapıb.
Bölüm: Siyasət
Oxunma sayı: 142