Muəllif: Redaksiya
“Xəzər Lənkəran”ın yeni məşqçisi müəyyənləşib
“Xəzər Lənkəran”ın sabiq futbolçusu Mario Souza yenidən komandaya qayıdır. 36 yaşlı braziliyalı cənub təmsilçisində seleksiyaçı məşqçi vəzifəsində çalışacaq. Həftənin sonuna kimi həmin posta təyinat gerçəkləşəcək ki, namizəd məhz Souzadır, deyə Apasport.az xəbər verir.
Mario təxminən 1 ay öncə həmyerlisi, qapıçı Duqlas Leytenin “Xəzər Lənkəran”a keçidinin təşəbbüskarı olub. Klubun tarixində ən yaxşı legionerlərdən sayılan Souza “Birlik kuboku” və Azərbaycan kubokunun sahibi olub.
Qeyd edək ki, cənub təmsilçisində sonuncu dəfə seleksiyaçı məşqçi vəzifəsində Zaur Ramazanov çalışırdı.
Bölüm: Idman
Oxunma sayı: 124