Muəllif:

Xələfov BMT-ni Xocalı ilə bağlı xüsusi komissiya yaratmağa çağırdı

BMT İnsan Hüquqları Şurasının 22-ci sessiyasının Yüksək Səviyyəli Seqmentində ölkəmiz xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi heyətlə təmsil olunub. XİN mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 25-28 fevral tarixlərində keçirilən Yüksək Səviyyəli Seqmentin ilk günündə Xələf Xələfov çıxış edib. Çıxışında Azərbaycan ilə BMT İnsan Hüquqları Şurası arasında mövcud əməkdaşlıq əlaqələri haqqında danışıb və İnsan Hüquqları Şurasının Universal Dövri İcmal mexanizmi çərçivəsində Azərbaycan hökumətinin ikinci dövri milli hesabatına 2013-cü ilin 30 aprel tarixində baxılacağını bildirib.

Xələfov çıxışında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, işğal faktı və onun ağır nəticələri haqqında danışıb. Bu günlərdə Azərbaycan xalqının dərin kədər və hüzn ilə Xocalı soyqırımının 21-ci ildönümünü qeyd etdiyini nəzərə çatdıran nazir müavini Xələf Xələfov, müxtəlif ölkələrdən tədbirdə iştirak edən yüksək vəzifəli şəxslərə Xocalı soyqırımının mahiyyətindən, azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi qırğının bir sıra ölkələrin parlamentləri tərəfindən tanınmasından bəhs edib və beynəlxalq tanınmanın ədalətə xidmət edəcəyini vurğulayıb. Bu xüsusda, nazir müavini Xələf Xələfov İnsan Hüquqları Şurasını Xocalı soyqırımı üzrə faktların baxılması və qiymətləndirilməsi məqsədilə xüsusi komissiya yaratmağa çağırıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 115