Muəllif:

Xarici turzim şirkətləri: Azərbaycana yollanmaq sərfəli deyil, otelləri baha…

Hər ölkədə turizmin inkişafı, ölkəyə gələn turistlərin sayı ilə ölçülür. Ümumi inkişafın dərəcəsi də bununla ölçülür deyə bilərik.  Azərbaycan isə ölkəyə gələn turistlərin sayına görə dünyada sonuncu yerlərdə qərarlaşıb. İndi gəlin fikirləşək.

Deyə bilmərik ki, hökümət bunu düşünmür. Onun əsas hədəf və prioritetlərindən biri  turizmin inkişafıdır ki, 2010-2014-cü illər üçün turizmin inkişafına dair Dövlət Proqramı qüvvədədir. Ancaq buna baxan kimdir. Turizmin inkişafı ən azından qonşularla müqayisədə hələ də zəifdən zəif oaraq qalır. 

Son statistikaya əsasən, ötən il Türkiyəyə 35 milyondan çox turist gedib. Qonşu Gürcüstanında əsas hədəflərindən biri Turizm Cənnətinə çevirlməkdir və hökumətin qarşıya qoyduğu məqsəd gələn turistlərin sayının ölkədə yaşayan əhalidən çox olmasıdır. Son təqiqatlar görə Azərbaycandan Gürcüstana 585 mindən çox adam gedib. Ümumilikdə son ilin statistikası göstərir ki, 2012-ci ildə Gurcustana 1 690 494 turist  turist gəlib, bu rəqəmdə 2011 ilə müqayisədə 53 % çoxdur. 

Yeri gəlmişkən, bu ölkədə otellərin qiyməti də Azərbaycana baxdıqda çox münasibdir. Otellərin qiyməti 10-15 % Azərbaycandakı otellərdən ucuzdur.

İqtisadcı Nicat Hacızadə deyir ki, Azərbaycan təbiətinə görə dünyanın ən gözəl yerlərindən biridir, coğrafi baxımdan ölkəmizdə 9 iqlim tipi vardır, çoxşaxəli landşafta malikdir. Yəni, təbiət baxımından potensialımız yüksəkdir:”Amma gəlin baxaq biz bu sərvətləri necə dəyərləndiririk. Nəinki xarici turistlər, elə yerli turistlər də bu potensialdan istifadə etmir. Yerli vətəndaş Türkiyə, Rusiya, Gürcüstan və Avropa ölkələrinə getməyi üstün tutur. Mən şəxsi araşdırmamdan bir məlumatı sizinlə bölüşüm ki,  xarici turzim şirkətləri vətəndaşlarına Azərbaycana getməyin heç də sərfəli olmadığını tövsiyə edirlər, bu da otellərin qiymətləri ilə bağlıdır. Qafqaz ölkələri arasında ən çox məsləhət görülən Gürcüstandır”.

Ölkədə otellərin qiyməti və keyfiyyətinə gəlincə iqtisadçı Nicat Hacızadə bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyi qiymətlərin salınacağın bildirsə də, ciddi bir addım atılmayıb. “Otellərin qiyməti Azərbaycanda nəinki xarici turistləri üçün, heç yerli turistlər üçün də sərfəli deyil. Avropanın bahalı şəhərləri ilə müqayisədə, ucuzdur, amma o şəhərlərdə 1-2 ulduzlu 15-20 dollara otel tapmaq mümkün olur. Amma paytaxt otelləri içində 1- 2 ulduzlu otellər olmadığından problemlər yaşanır. O cümlədən bu gün biz regionlara nəzər salsaq otellərin qiyməti adam başına 30 manatdan başlayır 150 manata qədər və bu otellər 2 və ya 3 ulduzlu otellərdir. Keyfiyyət və xidmət məsələrindən danışmağa dəyməz. Paytaxtda xidmət və keyfiyyət işçilərə təlimlər keçildiyindən qənaətbəxşdir. Amma regionların əksəriyyətində xidmət dərəcəsi aşağıdır”.

İqtisadçı bu qənaətdədir ki, ümumiyyətlə bizim ölkədə otellərin əksəriyyəti «ulduz» problemi yaşayır. Onun fikrincə, qiymətlərin yüksək olmasının əsas səbəbi qiymətqoyma siyasətinin səhv aparılmasıdır ki, qiymətlər xidmət səviyyəsinə uyğun deyil.  Deyir:

 “Qiymətlər necə gəldi təyin olunur, qiymət təyin olunan zaman nə aşağı təbəqə, nə orta təbəqə nəzərə alınmır. Oteldə hərtərəfli xidmət aşağıdırsa, sahibkar bunu nəzərə almalıdır. Çünki turist ödədiyi məbləğ əvəzində aşağı xidmət görmək istəmir. İkinicisi rəqabət yoxdur. Xarici təcrübəyə baxdıqda, otellərdə  qiymətlə, movsumlə əlaqədar  həvəsləndirici kampaniyalar olur. Məsələn, yayın gəlməsi ilə əlaqədar bir sıra otellər 1 həftəlik xüsusi qiymət endirimləri həyata keçirir, hətta xaricdə istirahət edib məbləği birbaşa yox yavaş-yavaş ödəmək imkanları var. Amma bizim əksər otellərdə  belə həvəsləndirici tədbirlər ümumiyyətlə yoxdur. Əksinə, sahibkarlar yay mövüsümündə çox qazanc goturmək niyyətilə qiymətləri qaldırır. Bu ondan ondan irəli gəlir ki, payız, qış, yaz mövüsümündə otelin muştərisi olmur və sahibkar cəmi bir mövsüm ərzində otelin 1 illik  dövriyyə pulu çıxarmaq istəyir”…

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 188